Türkiyədə işsiz əhalinin sayı artıb

09.02.2026

Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yanvar ayında qeydiyyatdan keçmiş işsizlərin sayı 100 min nəfər artıb.

Banco.az xəbər verir ki, “Türkiyə İş Qurumu”nun (İşkur) Əmək Bazarı və Statistika Şöbəsinin yaydığı 2025-ci ilin dekabr ayına dair Statistik Bülletenə əsasən, “Türkiyə İş Qurumu”nun (“İşkur”) açıqladığı hesabatda yanvar ayında qeydiyyatda olan iş axtaranların sayının illik müqayisədə 4,29 faiz artdığı bildirilib.

Məlumatlara görə, “İşkur”da qeydiyyata alınmış iş axtaranların 50,4 faizini kişilər, 49,6 faizini isə qadınlar təşkil edib. Qeydiyyatda olan iş axtaranların 20 faizi 15–24 yaş aralığında olan gənclərdən ibarət olub.

Yanvar ayında “İşkur” vasitəsilə ümumilikdə 118 min 733 nəfər işlə təmin edilib. İşə yerləşdirilənlərin 64,8 faizi kişilərdən, 35,2 faizi isə qadınlardan ibarət olub.

Məlumatlar göstərir ki, üç aylıq qeydiyyat əsasında işsizlərin sayı 184 min nəfər artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью