Türkiyədə işsizliyin səviyyəsi azalıb

10.02.2025

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyədə 2024-cü ilin dekabr ayında işsizlik səviyyəsi noyabr ayı ilə müqayisədə 0,1 faiz azalaraq 8,5 faiz olub.
SİA-nın məlumatına görə, Türkiyə Statistika Təşkilatı (TÜİK) 2024-cü ilin dekabr ayına dair işsizlik göstəricilərini açıqlayıb.

Məlumata görə, 2024-cü ilin dekabr ayında işsizlərin sayı noyabr ayı ilə müqayisədə 39 min azalaraq 3 milyon 26 min nəfərə çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью