Türkiyədə İstanbul Enerji Forumu keçiriləcək

16.11.2024

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Noyabrın 22-də İstanbulda "Ortaq gələcək, ortaq məqsədlər" mövzusunda İstanbul Enerji Forumu keçiriləcək.

Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, forum İstanbul Konqres Mərkəzində keçiriləcək.

Forumda müxtəlif ölkələrin enerji nazirləri, yerli və xarici qeyri-hökumət təşkilatlarının, o cümlədən beynəlxalq təşkilatların nümayəndələri, alimlər, media nümayəndələri və iş dünyasının aparıcı adları iştirak edəcəklər.

Forum çərçivəsində enerji sektorunda regional hədəflər, təbii qaz təchizatı təhlükəsizliyinin təmin edilməsində Türkiyənin rolu, enerji transformasiyasının maliyyələşdirilməsi kimi məsələlər müzakirə olunacaq.  

Foruma Azərbaycan energetika naziri Pərviz Şahbazov da qatılacaq.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью