Türkiyədə İstanbul Saat Festivalı keçiriləcək

29.09.2026

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türk Saat Klubunun təşkil etdiyi "İstanbul Watch Festival" (“İstanbul Saat Festivalı”) oktyabrın 10–11 tarixlərində baş tutacaq.
Kulis.az xəbər verir ki, Dünya Saatçılıq Gününə təsadüf edən və təxminən min kvadratmetrlik ərazidə keçiriləcək festival saat həvəskarlarını, kolleksiyaçıları, ustaları və dizaynerləri bir araya gətirəcək.
30-dan çox beynəlxalq saat brendinin iştirak edəcəyi tədbir proqramı dörd əsas istiqamətdən – emalatxanalar, mühazirələr, canlı sənətkarlıq nümayişləri və brendlərin yeni modellərinin təqdimatından ibarət olacaq.
Tədbirin xüsusi qonaqları arasında hiperrealist saat rəsmləri ilə tanınan macar rəssam Tamas Feher də yer alacaq.
Qeyd edək ki, təşkilatçılar bu festival vasitəsilə saatçılığı yalnız texniki sahə kimi deyil, zəngin zərgərlik, dizayn və kolleksiya mədəniyyəti müstəvisində təqdim etməyi hədəfləyirlər.

Prezident İlham Əliyev: "Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib" Troya şəhərindəki qədim aqoranın qalıqları aşkarlandı Maykl Ceksonun anasına hədiyyə etdiyi "Rolls-Royce" satışa çıxarıldı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью