Türkiyədə istefada olan kontr admiral həbs edildi

17.08.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə istefada olan kontr-admiral Türker Ertürk sosial şəbəkələrdə yayımladığı videoda işlətdiyi ifadələrlə bağlı başlanılan istintaq çərçivəsində həbs edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Haber Global" telekanalı məlumat yayıb.

Bildirilib ki, İstanbulun Bakırköy Baş Prokurorluğu Ertürkün sosial şəbəkə hesabında paylaşdığı videodakı ifadələr əsasında istintaqa başlayıb. Ertürk "xalq arasında qorxu və təşviş yaratmaq məqsədilə təhdid" və "cinayət törətməyə təhrik etmə" ittihamları ilə saxlanılıb. pizza

Polis bölməsindəki prosedurlar başa çatdıqdan sonra Ertürk məhkəməyə gətirilib. Məhkəmənin qərarı ilə o, həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью