Türkiyədə kafe və restoranlarda siqaret qaydaları dəyişir

10.10.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

Türkiyədə kafe və restoranlarda siqaret çəkilməsi ilə bağlı qaydaların dəyişdirilməsi nəzərdə tutulur.

Modern.az xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının (AK Parti) hazırladığı layihədə siqaret çəkilən bölmələrdə yemək və içki servisinin qadağan olunması planlaşdırılır.

Layihəyə əsasən, açıq məkanlarda siqaret çəkməyənlər üçün də ayrıca yerlər ayrılması nəzərdə tutulur.

Xəstəxanaların, məktəblərin və ibadət yerlərinin ətrafında, həmçinin uşaqların getdiyi idman obyektlərində siqaret çəkilməsi üçün məsafə məhdudiyyətinin tətbiqi də gündəmdədir. Bu məsafənin neçə metr olacağı hələ müəyyənləşdirilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью