Türkiyədə kağız fabrikində 50 yə yaxın işçi zəhərləndi

12.07.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Oxu.Az bildirir ki, bu barədə DHA agentliyi məlumat yayıb.

"Fabrikdə nahardan sonra 46 işçi bir müddət sonra qusma və başgicəllənmə şikayətləri ilə xəstəxanalara müraciət edib. Tibbi briqadaların müdaxiləsindən sonra bütün işçilər evə buraxılıblar", - məlumatda qeyd olunur.

Qida zəhərlənməsi şübhəsi ilə bağlı araşdırmalara başlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью