Türkiyədə kibercinayətkarlara qarşı əməliyyat: 61 nəfər saxlanıldı

15.10.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Türkiyədə kibercinayətkarlıqla mübarizə istiqamətində keçirilən əməliyyatda 61 nəfər saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, əməliyyatı Baş Prokurorluq və Jandarma Kibercinayətlərlə Mübarizə İdarəsi birgə həyata keçirib.

Nazir deyib ki, 9 bölgədə aparılan əməliyyatarda 61 şübhəli şəxs saxlanılıb, onlardan 27-si barədə həbs qərarı çıxarılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью