Türkiyədə kimyəvi maddələrin saxlanıldığı anbar yanır

11.04.2025

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Türkiyədə kimyəvi anbarda yanğın baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Başakşehirdə İkitelli Mütəşəkkil Sənaye Bölgəsində kimyəvi maddələr olan anbarda baş verən yanğına yanğınsöndürənlər müdaxilə edir.
Xəbərdarlığın ardından hadisə yerinə çoxlu polis, tibb və yanğınsöndürmə qrupları göndərilib.
Yanğın tez bir zamanda anbarı bürüyüb və sıx tüstü yaranıb.
Alov anbara bitişik ərazidə dayanan avtomobillərə də keçib.
Anar Əliyev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью