Türkiyədə kişi qatarın altında qaldı, ölmədi

26.09.2025

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin Bursa şəhərində "Şehreküstü" metrostansiyasında maraqlı hadisə baş verib.

Milli.Az xəbər verir ki, iki şagird dərsdən sonra platformada zarafat edərkən, gözləyən 60 yaşlı Abdulkadir Kavaklıgilə təsadüfən toxunublar. Bu səbəbdən kişi tarazlığını itirib və qatar relslərinə yıxılıb.

Qatar stansiyaya daxil olarkən, maşınistin sürətli reaksiyası sayəsində kişi son anda ağır xəsarətlərdən və ölümdən xilas olunub. Yaralı kişi dərhal xəstəxanaya çatdırılıb, polis isə hadisənin təfərrüatını araşdırır.

Asya
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью