Türkiyədə klub prezidenti aclıq aksiyasına başlayıb Şəkillər | Icma.az
Qol.az saytına istinadən Icma.az xəbər verir. Türkiyənin "Denizlispor" klubunun prezidenti Erham Ergil aclıq aksiyasına başlayıb.
QOL.az xəbər verir ki, 3-cü liqa təmsilçisinin rəhbəri bunu yerli jurnalistlərə açıqlamasında deyib.
O, komandaya dəstək verilmədiyi üçün bu addımı atdığını bildirib: "Müddətsiz aclıq aksiyasına başlayıram.
"Denizlispor" vəfat etdiyi üçün mənim başsağlığı yerim şəhər mərkəzidir. Mən təkəm. Bunu heç kimlə planlaşdırmamışam.
Heç kimi dəvət etməyəcəyəm. Amma kimsə gəlsə, siyasətə qarışmamalarını xahiş edirəm".
Qeyd edək ki, "Denizlispor" hazırda 3-cü liqanın 4-cü qrupunda 25 turdan sonra 17 xalla 16 komanda arasında 15-cidir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu