Türkiyədə klub prezidenti, məşqçi və futbolçular saxlanılıb Açıqlama

05.12.2025

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyədə mərc oyunlarına qatılanlara qarşı aparılan istintaq çərçivəsində bir klub prezidenti, məsul şəxslər və futbolçular saxlanılıb.

Mia.az Türkiyə mətbuatlna istinadla xəbər verir ki, bu haqda  İstanbul Baş Prokurorluğu açıqlama yayıb.

Bildirilib ki, əməliyyat çərçivəsində çoxsaylı peşəkar futbolçu, klub rəhbəri, idarəçi və məşqçilər qandallanıb.

Məlumatda onların hələlik adları açqılanmayıb.

İstanbul Baş Prokuroru Akın Gürlek deyib ki,  əməliyyat futboldakı "qaranlıq əlləri" kəsmək üçündür: "Futbolumuzu belələrindən təmizləyəcəyik"

Fərid ASLAN

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью