Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Rusiyanın ÇSKA klubunun kommunikasiya direktoru Kirill Breydo komandanın sabiq hücumçusu Seku Koytanın Türkiyənin “Gənclərbirliyi” klubuna transferi zamanı yaranan ödəniş problemi haqqında danışıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis bu barədə şəxsi “Telegram” kanalında məlumat paylaşıb. Breydo Türkiyə mətbuatında çıxan xəbərləri təkzib edib:
“Türkiyə mediasında yazılanlara görə, guya ÇSKA ikinci ödəniş məsələsində güzəştə getməyərək FİFA-ya müraciət edib, “Gənclərbirliyi” isə təşəbbüskar tərəf olub. Bu, tamamilə yalandır.
İcarə müqaviləsi çərçivəsindəki ilk ödəniş uğurla həyata keçirilmişdi. Qeyd edim ki, hesablaşma üsulunu elə biz təklif etmişdik. İkinci ödənişin vaxtı 2026-cı ilin fevral ayının sonunda bitirdi. Klubumuz yenə də ödəniş yollarının tapılmasında çeviklik göstərsə də, “Gənclərbirliyi” fevraldan aprelə qədər xatırlatma məktublarımıza cavab vermədi.
Məsələnin dinc yolla həllinə ümid qalmadığı üçün FİFA-ya müraciət etməli olduq. İyunun 9-da FİFA Türkiyə klubu barədə öhdəlikləri 45 gün ərzində yerinə yetirməsi üçün qərar çıxardı. Yalnız bu müddətin bitməsinə az qalmış qarşı tərəf əlavə bir həftə vaxt istədi, lakin məsələ yenə öz həllini tapmadı. Biz yenidən FİFA-ya müraciət etdikdən sonra ortaq həll yollarının axtarışına başlanıldı”.
26 yaşlı malili hücumçu ötən mövsüm “Gənclərbirliyi”nin heyətində 32 rəsmi oyuna çıxaraq 6 qol vurub. Mətbuatda yazılanlara görə, Türkiyə klubu icarə üçün 400 min avro, transfer üçün isə 1,6 milyon avro ödəniş etməlidir.