Türkiyədə körpələri qəsdən öldürən həkimlərin çəkdiyi video hiddət doğurdu | Icma.az
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyədə yeni doğulan uşaqların ölümündə təqsirli bilinən və “yeni doğulmuş qruplaşması” adlandırılan həkimlərlə bağlı sosial şəbəkələrdə yayılan görüntülər hiddət doğurub.
Ölkə.Az xəbər verir ki, görüntülərdə həkimlərdən birinin yeni doğulan körpəyə şillə vurduğu, daha sonra isə yanaqlarını bərk sıxdığı görünür.
Həkim bu hərəkətləri edərkən “bir az qəmzə düzəldək” sözlərini işlədib. Görüntülər Türkiyədə kəskin narazılıq yaradıb.
Qeyd edək ki, “yeni doğulmuş qruplaşması”na daxil olan həkimlər 21 uşağın şübhəli ölümündə təqsirli bilinir.
Qruplaşmanın liderlərinin İstanbuldakı bir çox xözəl xəstəxananın neonatal reanimasiya şöbəsini işlətmək məqsədilə alan həkimlər Fırat Sarı, İlker Gönen və təcili yardımın sürücüsü Qiyasəddin Mert Özdemir olduğu açıqlanıb.
İddiaya görə, qruplaşma üzvləri 112 təcili çağrı mərkəzində işləyən şəxslərlə əlbir olaraq vəziyyəti pis olan çağa uşaqları əvvəlcədən razılaşdıqları xəstəxanalardakı neonatal reanimasiya şöbəsinə köçürərək olnların ölümünə səbəb olub və haqsız qazanc əldə edib.
Cinayətkar təşkilatın əsas məqsədinin xəstəxanalarda icarəyə götürdükləri neonatal reanimasiya şöbələrində doluluğu təmin etmək, xəstələrin olduğundan daha ağır vəziyyətdə göstərərk sığortadan daha çox ödəniş almaq olduğu bildirilib.
Tam oxu
Xəbəri oxu