Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
İstanbulda Bayrampaşa Bələdiyyəsinə qarşı aparılan korrupsiya araşdırması çərçivəsində saxlanılan 13 şübhəlidən səkkizi həbs olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
“İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Bayrampaşa Bələdiyyəsindəki bəzi dövlət məmurlarına və digər şübhəlilərə qarşı “mənimsəmə”, “vəzifə səlahiyyətlərindən sui-istifadə”, “rüşvət vermə”, “rüşvət alma” və “tenderə fırıldaq qatışdırma” cinayətləri üzrə aparılan təhqiqat çərçivəsində saxlanılan 13 nəfərin polis bölməsindəki prosedurları başa çatıb. Şübhəlilər tibbi müayinədən keçdikdən sonra İstanbul Ədliyyəsinə sövq ediliblər”, – deyə bildirilib.
Agentlik qeyd edib ki, Bayrampaşa Bələdiyyə sədri Həsən Mutlunun qardaşı Ayhan Mutlu və Ahmet Tufan da daxil olmaqla səkkiz nəfərin həbsinə qərar verilib.
Beş şübhəli barəsində isə məhkəmə nəzarət tədbirinin tətbiq edilməsini qərara alınıb.