Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Türkiyədə vətəndaşların banklar qarşısındakı fərdi kredit və kredit kartı borclarının ümumi məbləği 7,1 trilyon türk lirəsini keçib.
“Yeni Sabah” xəbər verir ki, maliyyə bazarındakı son göstəricilər əhalinin borclanma yükünün artmaqda davam etdiyini nümayiş etdirir.
Təkcə fərdi kredit kartları üzrə borcların həcmi 3,5 trilyon türk lirəsinə çatıb. Son bir il ərzində kredit kartı borclarında 35,1 faizlik artım qeydə alınıb. Online shopping Azərbaycan
Eyni zamanda, ödənişində çətinlik yaranan kreditlərin həcmində də yüksəliş müşahidə olunur. Belə ki, bankların nəzarətində olan ümumi problemli alacaqların məbləği son bir həftə ərzində 10,2 milyard türk lirəsi artıb.