Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tür
Kastamonunun Doğanyurt rayonunda, mövlid proqramında verilən ayran və toyuq plovunu yedikdən sonra 15 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Kastamonuda on beş nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Üç gün əvvəl vəfat edən bir şəxs üçün Haskavak kəndində mövlid oxunub.
Mövliddə qonaqlara toyuq plovu və ayran təqdim edilib. Təxminən 45 nəfərin qatıldığı mövliddən sonra 15 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Məlumatdan sonra əraziyə 112 Təcili Tibbi Yardım qrupu göndərilib. Bəzi insanlar xəstəxanaya təkbaşına gediblər, digərləri isə paramediklər tərəfindən Doğanyurt və İnebolu xəstəxanalarına aparılıb.