Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyədə kütləvi zəhərlənmə baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Sakaryada qeydə alınıb. Məlumata görə, Sakaryanın Adapazarı rayonunda keçirilən körpəyə advermə mərasimindən sonra iyirmi nəfər xəstəxanaya yerləşdirilib. Qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərin vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
Hadisədən sonra əraziyə tibbi qruplar göndərilib. Qida zəhərlənməsi şübhəsi ilə müalicə alan vətəndaşlardan analizlər götürülüb.
Anar