Türkiyədə leysan yağışları bir sıra fəsadlara yol açıb

24.11.2026

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin şimal-qərbindəki Balıkəsir vilayətində leysan yağışları subasmaya səbəb olub.

AZXEBER.COM "TRT Haber"ə istinadən xəbər verir ki, aramsız yağan leysan yağışları nəticəsində küçələr, evlər və iş yerləri su altında qalıb.

Vilayətin Altıeylül rayonunda bir xəstəxananın Təcili yardım şöbəsini su basıb.

Havran rayonunda isə dayanacağın çökməsi nəticəsində dörd yük maşını çuxura düşüb. Hadisədə xəsarət alan olmayıb.

Yağışın fəsadlarının aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən iş aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью