Türkiyədə maraqlı görüntülər: Sahibsiz atlar təhlükə yaratdılar VİDEO

19.03.2026

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin İstanbul şəhərinin Beykoz rayonunda sürücülər maraqlı və eyni zamanda təhlükəli anlarla qarşılaşıblar.

Oxu.Az DHA agentliyinə istinadən xəbər verir ki, Riva yolunda sərbəst gəzən altı at nəqliyyatın hərəkətində ciddi çətinliklər yaradıb. Hadisə yoldan keçən sürücülərdən biri tərəfindən mobil telefonun yaddaşına köçürülüb.

Türkiyədə maraqlı görüntülər: Sahibsiz atlar təhlükə yaratdılar - VİDEO

Yol boyu sürətlə qaçan sahibsiz atları görən sürücülər qəza riskindən qaçmaq üçün sürət həddini minimuma endirməli olublar. Bu səbəbdən nəqliyyatın hərəkətində qısa müddətli ləngimələr yaranıb. Bir müddət Riva yolunun girişində dayanan atlar daha sonra əks istiqamətə qaçaraq ərazidən uzaqlaşıblar.

Xoşbəxtlikdən hadisə zamanı hər hansı qəza və ya xəsarət alan olmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью