Türkiyədə maraqlı oğurluq: Kişi üç gün ərzində havalandırma boşluğunda gizlənib | Icma.az
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin Adana şəhərində ticarət mərkəzindən qızıl və pul oğurlayan kişi 3 gün ərzində havalandırma sisteminin kanalında gizlənib.
Bu barədə Oxu.Az "Hürriyet" nəşrinə istinadən xəbər verir. Məlumata görə, ticarət mərkəzindəki zərgərlik mağazasına oğru girdiyi və zərgərdə
Fevralın 2-də gecə saatlarında oğrunun tutulması üçün əməliyyat keçirilib.
Lakin polis, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və özəl təhlükəsizlik işçilərinin apardığı əməliyyat-axtarış tədbirləri nəticə verməyib, şübhəli tapılmayıb.
Ticarət mərkəzinin havalandırma kanalında gizlənən şübhəli orada yerləşdirilən təhlükəsizlik kamerasına düşsə də, dərhal yerini dəyişib.
Üç gündən sonra o, nəhayət, binadan kənara çıxıb və qaçmağa çalışıb, lakin saxlanılıb.
Ərazidə araşdırma aparan polis şübhəlinin oğurladığı iddia edilən qızıl və pulları isə tapmayıb.
Tam oxu
Xəbəri oxu