Türkiyədə mədən çökdü Ölən və yaralananlar var KONKRET

21.08.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Türkiyənin Ankara vilayətində mədəndə baş verən uçqun nəticəsində 1 nəfər həlak olub, 8 nəfər xəsarət alıb.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, uçqun altında qalan 9 fəhlədən 8-i xilasedicilər tərəfindən yaralı olaraq çıxarılıb.

Hadisə yerinə dərhal çoxlu sayda təcili tibbi yardım və xilasetmə briqadaları cəlb olunub. Xəsarət alan fəhlələr təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı rəsmi təhqiqat və araşdırmalara başlanılıb./Qafqazinfo

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью