Türkiyədə mədən qəzası: 5 ölü

03.10.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyənin Manisa əyalətinin Soma bölgəsində mədəndə baş verən uçqun nəticəsində həlak olan mədənçilərin sayı 5-ə qalxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdar bildirib.

Dağıntılar altında cəmi 7 nəfər qalıb. İki nəfər sağ çıxarılıb: onlardan biri xəstəxanadadır, digəri isə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Qeyd edək ki, qəza 1 oktyabrda baş verib. Qəzanın səbəbi hələlik məlum deyil. Hadisədən sonra mədənin baş meneceri də daxil olmaqla, doqquz nəfər həbs edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью