Türkiyədə məktəb inşa etdirən məşhurlar SİYAHI

21.07.2025

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyəli məşhurlar şəxsi həyat və lüks yaşayışları qədər xeyriyyə işləri ilə də zaman-zaman diqqət çəkiblər. Onların bir çoxu imkan daxilində orta məktəb inşa etdiriblər. Bunlar əsasən şəhər, kənd orta məktəbləri və liseylərdir. 

Bu dəfə BAKU.WS məktəb inşa etdirən türkiyəli  məşhurların siyahısını təqdim edir. 

İlk dəfə məşhur aktrisa Türkan Şoray məktəb inşa etdirib. O 1973-cü ildə şagirdlər üçün təhsli ocağı tikdirib. 

Müğənni Erol Evgin atasının adına Van şəhərində mətkəb inşa etdirib. O özü də burada doğulub-böyüyüb. 

Müğənni Hülya Avşar İstanbulda Maltəpə ərazisində atasının adına məktəb tikdirib. 

Mərhum müğənni Barış Manço Tuzalda "İstanbul Tuzla Barış manço orta məktəbi"ni inşa etdirib. 

Aktyor Necati Şaşmaz Elazığda bir kənd məktəbi inşa etdirib. 

Müğənni Sibel Can ana və atasının adına iki ayrı məktəb inşa etdirib. 

Müğənni  İbrahim Tatlıses Urfada məktəb inşa etdirib. 

Müğənni Seda Sayan Tokatda bir Anadolu liseyi inşa etdirib. 

Müğənni Gülben Ergen isə qurduğu dərnəklərlə 40-dan çox məktəb inşa etdirib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью