Türkiyədə məktəb önündə atışma: Yaralı şagirdlər var

22.09.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda məktəbin qarşısında silahlı insident olub.

“Yeni Sabah” xəbər verir ki, hadisə səhər saat 08:00 radələrində Albayrak məhəlləsində yerləşən İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin qarşısında qeydə alınıb.

İlkin məlumata görə, naməlum şəxs hələlik müəyyən edilməyən səbəbə görə məktəbin qarşısında silahla ətrafa atəş açıb. Atəşə tutulma zamanı şagirdlərin yaralandığı barədə 112 Təcili Çağrı Mərkəzinə məlumat daxil olub. Dördpendirli pizza

Hadisə yerinə çox sayda polis və təcili tibbi yardım əməkdaşı göndərilib. Əraziyə gələn qrupların müdaxiləsi və hadisə yerində araşdırmalar davam edir.

Yaralıların vəziyyəti və hücumun hansı səbəbdən baş verdiyi ilə bağlı hələlik ətraflı məlumat verilməyib.

Aydan Hacı 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью