Türkiyədə məktəb yaxınlığında silah səsləri eşidildi VİDEO

20.04.2026

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin Adana şəhərində orta məktəb yaxınlığında eşidilən silah səsləri çaxnaşmaya səbəb olub.

Moderator.az bu barədə İHA-ya istinadən xəbər verir.

İddiaya görə, Seyhan rayonunun mərkəzindəki Gürselpaşa məhəlləsində yerləşən Yavuz Səlim adına orta məktəbin ətrafında silah səsləri eşidilib. Şagirdlər qorxu içində məktəbi tərk ediblər, valideynlər məktəbə gəliblər. Hadisə yerinə polis qrupları göndərilib, silah səsləri ilə bağlı araşdırmalara başlanılıb.

Hadisənin məktəblə əlaqəsi olmadığı müəyyən edildikdən sonra şagirdlər sinif otaqlarına qayıdıblar.

Xatırladaq ki, bu yaxınlarda Şanlıurfa və Kahramanmaraşda silahlı insident ölən və yaralıların olması ilə nəticələnmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью