Axar.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin Diyarbəkir vilayətinin Ergani rayonunda orta məktəbin həyətində ağaca ildırım düşüb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 2 uşaq ölüb, 1 nəfər isə ağır xəsarət alıb.
Hadisə baş verən zaman 13 yaşlı Serkan Yıldırım, 14 yaşlı Kasım Yıldırım və digər bir uşaq ağacın altında olublar.
Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası yaralıları xəstəxanaya çatdırsa da, Serkan Yıldırım və Kasım Yıldırım həkimlərin səylərinə baxmayaraq vəfat ediblər.
Diyarbakır Gazi Yaşargil Təhsil və Araşdırma Xəstəxanasında müalicəsi davam edən digər yarlının isə vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edilib ki, həyatını itirən uşaqlar əmioğludurlar.
Faktla bağlı araşdırma aparılır.