Türkiyədə məktəblərin birində 100 dən çox şagird xəstəxanalıq oldu

15.03.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Türkiyədə məktəbdə 102 şagird qidadan zəhərlənib.

Oxu.Az-ın DHA-ya istinadla verdiyi məlumata görə, hadisə İstanbul şəhərindəki özəl təhsil müəssisəsində baş verib.

Bildirilir ki, uşaqlar nahar etdikdən sonra siniflərinə qayıdıblar. Lakin bir müddət sonra şagirdlər ürəkbulanma və başgicəllənmədən şikayətlənməyə başlayıblar. Dərhal təcili yardım briqadaları çağırılıb. Uşaqlar yaxınlıqdakı xəstəxanaya aparılıblar.

Tibbi müdaxilədən sonra məktəblilərin sağlamlıq vəziyyətlərinin yaxşı olduğu bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью