Türkiyədə mərc qalmaqalı: 152 hakim futboldan uzaqlaşdırıldı

31.10.2025

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə Peşəkar Futbol İntizam Komitəsi (PFDK) mərc oyunlarında iştiraka görə 152 hakimlə bağlı qərarını açıqlayıb.

Apasport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, ali dərəcəli hakim Zorbay Küçük barəsində mərc fəaliyyəti ilə əlaqədar Futbol Federasiyasının intizam qaydalarının 57-ci maddəsinə əsasən araşdırmanın davam etdirilməsinə qərar verilib.

Qeyd olunan hakimlər müvafiq olaraq 8, 10 və 12 ay müddətinə futbol yarışlarından uzaqlaşdırılıblar.

Xatırladaq ki, PFDK-ya göndərilən hakimlərdən 7-si ali kateqoriyalı referilərdir. Onların sırasında Egemen Artun, Mehmet Ali Özer, Melih Kurt, Muhammed Selim Özbek, Seyfettin Alper Yılmaz, Yunus Dursun və Zorbay Küçük yer alıb.

Libertadores kubokunda finalçılar bəlli olub Hansı oyun, hansı kanalda? Ərdoğan: “Futboldakı mərc qalmaqalına biganə qala bilmərik” “Liverpul”un müdafiəçisi ölkəsinə qayıda bilər Spaletti rəsmən “Yuventus”da
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью