Türkiyədə meşə yanğını başlayıb, kəndlər təxliyə olunub

11.08.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin Çanaqqala vilayətində meşə yanğını başlayıb. 

"Unikal" xəbər verir ki, yanğının söndürülməsinə 455 nəfər, 7 təyyarə və 6 helikopter cəlb olunub.

Meşə yanğını ilə əlaqədar Çanaqqala boğazından gəmi tranziti dayandırılıb.

Həkimlər tüstüdən zəhərlənmiş 14 vətəndaşa yardım göstəriblər, onların həyatları təhlükədən azad edilib.

Dardanos və Gözəlyalı rayonlarının sakinləri təhlükəsizlik məqsədilə təxliyə edilib. Xüsusilə də yanğın Dardanosda bir çox evi məhv edib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью