Türkiyədə meşə yanğını: bəzi evlər boşaldılır

28.08.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İstanbul, 28 avqust, AZƏRTAC

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda, şəhər mərkəzinə yaxın Karagedik məhəlləsindəki meşəlik ərazidə yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, yerli vaxtla saat 19:30 radələrində başlayan yanğının bölgədə əsən güclü külək səbəbindən geniş əraziyə yayıldığı bildirilir.

Alovun söndürülməsi üçün bölgəyə çox sayda yanğınsöndürən və meşə təsərrüfatı əməkdaşı cəlb olunub. Yanğının söndürülməsi işləri havadan və qurudan davam edir.

Yanğının təhlükə yaratdığı ərazilərdə, o cümlədən qocalar evi və bəzi yaşayış yerlərində insanların təxliyəsinə qərar verilib.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью