Türkiyədə meşə yanğınları: Ölənlər və 500 dən çox xəsarət alan var

04.07.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyədə tüğyan edən meşə yanğınlarında iki nəfər həlak olub, 500-dən çox insan xəsarət alıb, .

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kemal Memişoğlu məlumat yayıb.

"Hazırda meşə yanğınları nəticəsində 538 nəfər xəsarət alıb. İndi yanğın zamanı xəsarət alan üç xəstəyə tibbi yardım göstəririk, onlardan birinin vəziyyəti ağırdır. İki vətəndaşımız ölüb", - nazirin mətbuat xidməti "X" sosial şəbəkəsində qeyd edib.

Xatırladaq ki, iyulun 2-si Antalyanın Ermenek rayonunda meşə yanğını baş verib. Eyni zamanda, meşə yanğınları İzmir vilayətini və daha bir neçə şəhəri bürüyüb. Türkiyənin üç vilayətində irimiqyaslı meşə yanğınları səbəbindən 50 mindən çox sakin təxliyə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью