Türkiyədə meşə yanğınları tüğyan edir əhali təxliyə edilir

29.08.2026

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda, şəhər mərkəzinə yaxın Karagedik məhəlləsindəki meşəlik ərazidə yanğın baş verib.

SİA xəbər verir ki, yerli vaxtla saat 19:30 radələrində başlayan yanğının bölgədə əsən güclü külək səbəbindən geniş əraziyə yayıldığı bildirilir.

Alovun söndürülməsi üçün bölgəyə çox sayda yanğınsöndürən və meşə təsərrüfatı əməkdaşı cəlb olunub. Yanğının söndürülməsi işləri havadan və qurudan davam edir.

Yanğının təhlükə yaratdığı ərazilərdə, o cümlədən qocalar evi və bəzi yaşayış yerlərində insanların təxliyəsinə qərar verilib.

Mətləb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью