Türkiyədə məşhur olan Babala TV də axtarış: Oğuzhan Uğur saxlanıldı

17.07.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyədə "YouTube" platformasında məşhur olan “Babala TV”nin qurucusu və aparıcısı Oğuzhan Uğur Ahbap Dərnəyinə qarşı aparılan istintaq çərçivəsində daha 6 nəfərlə birlikdə saxlanılıb.

“Cebheinfo.az” "haberler.com"-a istinadən xəbər verir ki, saxlanıldıqdan sonra Oğuzhan Uğurun tibbi müayinəyə aparıldığı anların görüntüləri yayılıb. Görüntülərdə onun üç polis əməkdaşının müşayiəti ilə xəstəxanaya aparıldığı əks olunub.

İstintaq çərçivəsində Oğuzhan Uğurla yanaşı, Gülgün Öztürk, Suzan Düşküner, Emir Taşar, Emre Kartaloğlu, Hüseyin Küçük və Fatih Eke də saxlanılıb.

Saxlanılanlar arasında Ahbap Dərnəyinin əməkdaşları, maliyyə auditorları və kriptovalyuta sahəsində fəaliyyət göstərən bir şübhəlinin olduğu bildirilir. Onların iyulun 20-də məhkəməyə çıxarılması gözlənilir.

İstanbul Respublika Prokurorluğunun koordinasiyası ilə aparılan istintaq “cinayət törətmək məqsədilə təşkilat yaratma”, “külli miqdarda dələduzluq” və “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” maddələri üzrə araşdırılır.

MASAK-ın hazırladığı hesabatlar və maliyyə əməliyyatlarının təhlili nəticəsində şübhəlilərin maliyyə imkanlarına uyğun gəlməyən iri məbləğli pul köçürmələri etdiyi, qarşılıqlı yüksək məbləğli transferlər həyata keçirdiyi, mərc oyunlarına böyük məbləğlər yatırdığı və qısa müddətdə çoxsaylı daşınmaz əmlak alqı-satqısı əməliyyatları apardığı müəyyən edilib.

Bu iş üzrə iyulun 12-də keçirilən ilk əməliyyat zamanı Ahbap Dərnəyinin rəhbəri Haluk Levent də daxil olmaqla 17 nəfər saxlanılmışdı. Sonrakı əməliyyatlarda daha 9 nəfər tutulmuş, ümumilikdə məhkəməyə çıxarılan 25 nəfərdən 14-ü, o cümlədən Haluk Levent barəsində həbs qətimkan tədbiri seçilmiş, 11 nəfər isə məhkəmə nəzarətinə buraxılmışdı.

İstintaq davam edir.

Aişə Abdulova
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью