Türkiyədə metrobuslar toqquşdu Xeyli sayda yaralı var KONKRET

12.04.2025

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin İstanbul şəhərinin Avcılar səmtində metrobus dayanacaqda gözləyən başqa bir metrobusla toqquşub.

KONKRET.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, toqquşma nəticəsində meydana gələn qəzada 2-si uşaq olmaqla 21 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım və polis çağırılıb.

Baş verən qəzaya görə xidmətlər dayandırılıb, metrobuslarda uzun növbələr və sərnişin sıxlığı yaranıb.

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью