Türkiyədə mikroavtobus aşdı Şagirdlər yaralandı

08.09.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin Mardin şəhərinin Artuklu rayonunda mikroavtobusun aşması nəticəsində 13 şagird xəsarət alıb.

Redaktor.az xəbər verir ki, Nusaybin rayonunda fəaliyyət göstərən özəl basketbol klubunun şagirdlərini daşıyan mikroavtobus aşıb.

Məlumatdan sonra hadisə yerinə 112 Təcili Tibbi Yardım Xidməti, jandarma, polis və yanğınsöndürmə briqadaları göndərilib.

Qəzada yaralanan yeniyetmələr Nusaybin Dövlət Xəstəxanasına aparılıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью