Türkiyədə mikroavtobus faciəsi 9 ölü KONKRET

07.11.2026

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Van vilayətinin Özalp rayonunda mikroavtobusla TIR-ın toqquşması nəticəsində 9 nəfər ölüb, 5 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, hadisə noyabrın 7-də Özalp-Saray avtomobil yolunda, Çalımlı məhəlləsi yaxınlığında baş verib.

Məlumata görə, TIR-la sərnişin mikroavtobusunun toqquşması nəticəsində ağır qəza baş verib. Hadisə yerinə polis, jandarma, AFAD, təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub.

Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdiriliblər. Qəza ilə əlaqədar bir müddət bağlı qalan yolda nəqliyyatın hərəkəti nəzarət altında bərpa edilib.

Van valisi Ozan Balcı bildirib ki, yağış səbəbindən yolun sürüşkən olması qəzaya səbəb olub. Ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью