Türkiyədə millət vəkili qəzaya düşdü

18.08.2025

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Muğladan olan millət vəkili Kadem Meten yol qəzasına düşüb.

Gununsesi.info “Haber7”yə istinadən xəbər verir ki, Seydikemer-Fethiye avtomobil yolunda iki maşın toqquşub. Avtomobillərdən birində Kadem Metenin olduğu bəlli olub.

Zərbənin təsirindən avtomobillərə maddi ziyan dəysə də, sürücülər və sərnişinlər xəsarət almadan xilas olublar.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью