Türkiyədə minimum əmək haqqı 30 faiz artırılıb | Icma.az
Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyədə minimum əmək haqqı 30 faiz artırılıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Türkiyə həmkarlar ittifaqları minimum əmək haqqının 2025-ci ildən 30% artırılaraq 22 104 lirəyə (indiki məzənnə ilə 1068 manat-red.) çatdırılması barədə razılığa gəliblər.
Bu barədə qərar dekabrın əvvəlində mövzunun müzakirəsinə başlayan minimum əmək haqqının müəyyən edilməsi üzrə komissiyanın dördüncü iclası zamanı qəbul edilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “X”-də minimum əmək haqqının artırılması qərarını təsdiqləyib.
"2025-ci ildə minimum əmək haqqı 30% artımla xalis 22 min 104 türk lirəsi olacaq. Bu, ölkəmizə və millətimizə xeyir versin" deyə yazıb.
Almaz Həsənli Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu