Türkiyədə miqrantları daşıyan qayıq batdı: 45 nəfər...

10.01.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Türkiyənin İzmir vilayətinin Dikili sahillərində qeyri-qanuni miqrantları daşıyan qayıq batıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya bildirib.

Məlumata görə, Sahil Mühafizəsi əməkdaşları 37 nəfəri xilas edib, bir miqrant ölü tapılıb. Qayıqda ümumilikdə 45 nəfər olub, 7 miqrantın taleyi naməlumdur.

Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью