Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, Türkiyədə “müddətsiz” alimentlə bağlı ləğv qərarı verilib.
Yeniavaz.com “Euronews”a istinadla xəbər verir ki, Konstitusiya Məhkəməsi boşanmadan sonra aliment tələbinə “qeyri-müəyyən müddətə” icazə verən müddəanı ləğv edib.
Məhkəmənin qərarına əsasən, parlamentə yeni tənzimləmə qanunu hazırlamaq üçün 9 ay vaxt tanınıb və ləğv qərarı 30 iyun 2027-ci ildə qüvvəyə minəcək. Oktyabr ayında isə Türkiyə Böyük Millət Məclisinin (TBMM) bu qərarın icrası ilə bağlı yeni qanun layihəsini müzakirəyə çıxarması gözlənilir.
Qeyd edək ki, 4 iyun 2026-cı ildə verilən ləğv qərarı “Rəsmi Qəzet”də 30 sentyabrda dərc edilib və bu tarixdən etibarən 9 aylıq keçid müddəti hesablanmağa başlayıb.