Türkiyədə müəllim Netflix dən 2 milyon lirə təzminat aldı (Video)

17.06.2026

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Türkiyədə maraqlı hüquqi mübahisə diqqət çəkib.

Milli.Az xəbər verir ki, riyaziyyat müəllimi Mustafa Güler hazırladığı dərs videosunun xəbərsiz şəkildə məşhur bir platformanın serial tanıtımında istifadə edildiyini təsadüfən öyrənib.

Məsələ məhkəməyə daşındıqdan sonra aparılan araşdırmalar nəticəsində videonun müəllifin icazəsi olmadan istifadə edildiyi müəyyən edilib. Məhkəmə müəllimin iddiasını haqlı hesab edərək platformanın təzminat ödəməsinə qərar verib.

Qərara əsasən, şirkət Mustafa Gülerə təxminən 2 milyon türk lirəsi məbləğində kompensasiya ödəməlidir. Bildirilir ki, hesablanacaq faizlərlə birlikdə bu məbləğ 4 milyon türk lirəsinə qədər yüksələ bilər.

Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və müəllif hüquqlarının qorunması mövzusunu yenidən gündəmə gətirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью