Türkiyədə müəllimə silahi hücum

13.02.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin Bursa vilayətində qadın müəllim dərsdən çıxarkən silahlı hücuma məruz qalıb.

Modern.az xəbər verir ki, yaralanan pedaqoq dərhal xəstəxanaya yerləşdirilib.

Məlumata görə, özəl məktəbdə işləyən Gizem N. dərslər bitdikdən sonra keçmiş nişanlısı olduğu iddia edilən şəxs tərəfindən atəşə tutulub. Şübhəli hadisə yerindən qaçıb və saxlanılması üçün əməliyyat tədbirləri davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью