Türkiyədə müəllimlər üçün xüsusi geyim forması tətbiq olunacaq

19.08.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Ankara, 19 avqust, AZƏRTAC

Türkiyənin Milli Təhsil Nazirliyi 2026-2027-ci tədris ili ilə bağlı qaydaları əks etdirən sənədi ölkənin bütün vilayətlərinə göndərib.

AZƏRTAC xəbər verir ki, sənəddə məktəb rəhbərlərinin, müəllimlərin və təhsil sahəsində çalışan digər əməkdaşların vəzifələrini icra edərkən müəllimlik peşəsinin nüfuzuna hörmətlə yanaşmalı, şagirdlər üçün örnək olmalı olduqları bildirilir.

Həmçinin qeyd olunur ki, pedaqoqun xarici görünüşü müəllimlik peşəsinin nüfuzuna, dövlət qulluqçusu missiyasının ciddiliyinə və sosial həssaslığa uyğun gəlməlidir. Bununla əlaqədar, yeni tədris ilinin əvvəlindən müəllimlər üçün xüsusi geyim forması tətbiq olunacaq

Bundan başqa, şagirdlərin valideynləri dövlət xidmətləri portalı vasitəsilə müvafiq icazə almadan təhsil müəssisələrinə daxil ola bilməyəcəklər.

Qərarın icrasına nəzarət ölkənin 81 əyalətindəki Milli Təhsil idarələrinə həvalə olunub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью