Türkiyədə mümkün müharibə səbəbindən sığınacaqlar tikiləcək

27.08.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin 81 vilayətinin hamısında müasir sığınacaqlar inşa ediləcək.

Oxu.Az-ın NTV telekanalına istinadla verdiyi xəbərə görə, bu miqyaslı layihə ölkə vətəndaşlarının müharibə, təbii fəlakət və nüvə sızıntısı kimi fövqəladə vəziyyətlərdə təhlükəsiz şəkildə yerləşmələri üçün nəzərdə tutulub.

Əsas məqsəd mümkün müharibə və ya fəlakət zamanı mülki əhalinin təhlükəsizliyini təmin edəcək müasir sığınacaqların yaradılmasıdır.

Layihə hazırlanarkən İsrail, Yaponiya və İsveçin təcrübəsindən yararlanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью