Türkiyədə mütəşəkkil cinayətkar qrup çökdürüldü

01.02.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Türkiyədə dələduzlara qarşı əməliyyat keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Məlumata görə, İzmir mərkəzli 13 şəhərdə həyata keçirilən *Hücre-7* əməliyyatı çərçivəsində mütəşəkkil cinayətkar qrupun zərərsizləşdirildiyini bildirib.  

Əməliyyatda 88 şübhəli saxlanılıb, onlardan 61-i həbs edilib, 27-si isə məhkəmə nəzarətinə götürülüb.

Qrup üzvləri vətəndaşları saxta vəkillik və icra borcları adı altında dələduzluqla aldadıb.  

Əməliyyat zamanı silahlar, narkotik maddələr, külli miqdarda pul və müxtəlif rəqəmsal materiallar ələ keçirilib.

Nuriyyə Musayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью