Türkiyədə naməlum PUA partlayıb: 3 avtomobilə ziyan dəyib

19.08.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Türkiyənin Trabzon vilayətinin Arsin rayonunda naməlum pilotsuz uçuş aparatı (PUA) düşərək partlayıb.

BAKU.WS xəbər verir ki, hadisə avqustun 18-də saat 19:30 radələrində Arsin Rayon Polis İdarəsinin həyətində baş verib.

İlkin məlumata görə, polis idarəsinin həyətinə düşən obyektin PUA olduğu ehtimal edilir. Partlayış nəticəsində ölən və ya yaralanan olmayıb. Hadisə zamanı 3 avtomobilə ziyan dəyib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə PUA-nın qəlpələrinin avtomobillərə və yaxınlıqdakı evlərin divarlarına zərər vurduğu görünür.

Hadisə ilə bağlı araşdırma başlanılıb. PUA-nın kimə məxsus olduğu və haradan gəldiyi hələlik məlum deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью