Icma.az, Sitat.info portalına istinadən məlumat verir.
Türkiyə hüquq-mühafizə orqanlarının məşhurlara qarşı keçirdiyi narkotik əməliyyatları zamanı saxlanılan tanınmış şəxslərin bəzilərinin adları müəyyənləşib.
Sitat.info xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, saxlanılanlar arasında tanınan müğənni Emirhan Çakal da var.
Qeyd olunub ki, ümumilikdə 26 nəfər saxlanılıb.
Tanınan simalardan Döndü Şahin, Mert Eren Bülbül, Mazlum Aktürk və Sıla Dündarın da nəzarətə götürüldüyü vurğulanıb.
Xatırladaq ki, daha əvvəl tanınmış aparıcı Hasan Can Kaya və sosial media fenomeni, Reynmen kimi tanınan müğənni Yusuf Aktaşın da saxlanıldığı bəlli olub.