Türkiyədə narkotik əməliyyatı: Məşhurların ifadələri üzə çıxdı

26.11.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

stanbulda məşhurlara qarşı narkotik vasitələrlə bağlı aparılan istintaq çərçivəsində saxlanılan bir sıra tanınmış şəxslər sərbəst buraxılıb.

Modern.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində 35 şübhəli barəsində saxlanılma qərarı verilib, onlardan 24-ü saxlanılıb.

Müğənni Özcan Dəniz, aktrisalar Dəniz Çakır və Burcu Özberk, Murat Ceylan, Ufuk Gündoğdu, Dəniz Sözən, Murat Başoğlu, İbrahim Yılmaz və Onur Yüksəl məhkəmə nəzarəti şərtilə sərbəst buraxılıblar.

Ceylan Kaya adlı şübhəli isə həbs edilib.

Sərbəst buraxılan məşhurların prokurorluqda verdikləri ifadələr də üzə çıxıb.

Özcan Dəniz iki ilə yaxındır ürək xəstəliyindən əziyyət çəkdiyini və həkim təyinatı əsasında dərman qəbul etdiyini bildirib.

“Qətiyyən narkotik vasitələrdən istifadə etmirəm. Narkotik istifadə edən insanlarla eyni mühitdə olmamışam. Narkotik satan və ya bu işdə vasitəçilik edən şəxslərlə heç vaxt birbaşa və ya dolayı əlaqəm olmayıb”, – sənətçi qeyd edib.

Özcan Dəniz barəsində cinayət təqibinə xitam verilməsini istəyib.

Aktrisa Dəniz Çakır da ittihamları rədd edərək yalnız həkim resepti ilə verilən dərmanlardan istifadə etdiyini bildirib.

Burcu Özberk isə vaxtının böyük hissəsini serial çəkilişlərində keçirdiyini, narkotik vasitələrdən istifadə etmədiyini və bu cür maddələrin istifadə olunduğu mühitlərdə olmadığını deyib.

Hər üç məşhur irəli sürülən ittihamları qəbul etməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью