Türkiyədə narkotik əməliyyatında aralarında məşhurlar da olan 25 nəfər saxlanılıb

16.07.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə narkotikə qarşı mübarizə əməliyyatı nəticəsində 25 nəfər saxlanılıb.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Bakırköy rayonu Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində müğənnilər İlyas Yalçıntaş, Sıla Gençoğlu və prodüser Fatih Aksoy da daxil olmaqla, 25 şübhəli şəxs barədə saxlanılma qərarı verilib.

Saxlanılan şəxslərlə bağlı bioloji müayinələrin keçirildiyi, ifadələrinin alındığı bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью